Qurban bayramı münasibətilə dənizçilər adından məcburi köçkün ailələrinə sovqat paylanıb

Dənizçilər həmişə olduğu kimi, bu dəfə də Goranboy rayonunda müvəqqəti məskunlaşan 779 qaçqın və məcburi köçkün ailəsinə, ümumilikdə 3 min 350 nəfərə zəruri ərzaq məhsullarından ibarət bayram sovqatı paylayıb. Bayram sovqatı ünvanlara ASCO-nun Sosial inkişaf və nəqliyyat şöbəsinin əməkdaşları tərəfindən çatdırılıb.

Qaçqın və məcburi köçkünlər onlara göstərilən daimi diqqət və qayğıya görə minnətdarlıqlarını bildirib, bayram arzularını dilə gətiriblər.

Müstəqil.Az

mənbə:“Seanews.az”

 

Share: