“Rəqib 0:3 geridə olsa da, məğlub olmaq istəmirdi”.
“Report”un məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Turan Tovuz”a 3:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XI tur oyunundan sonra mətbuat konfransında deyib.
50 yaşlı mütəxəssis matçda yaxşı dinamikanın olduğunu bildirib:
“Turan Tovuz” sona qədər mübarizə apardı. Futbolçularımı qələbə münasibəti ilə təbrik edirəm”.