Robert Prosineçkinin Azərbaycan milli komandasının baş məşqçi postundan getməsindən sonra bu vəzifəyə ən çox “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov namizəd göstərilir.
Bununla bağlı sabah Bakı Olimpiya Stadionunda İcraiyyə Komitəsinin iclası keçiriləcək.
Qurban Qurbanovun da üzvü olduğu komitə baş məşqçi ilə bağlı son qərarı verəcək.
Adını açıqlamayan mənbə böyük ehtimalla bu posta məhz Qurbanovun gətiriləcəyini qeyd edib.
O, millimizin baş məşqçisi postunu tutmaqla yanaşı “Qarabağ”dakı işini də davam etdirəcək.