Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Teatro.az sənət portalının birgə təşkilatçılığı ilə həyata keçirilən “4.4 Qısa tamaşalar” festivalı başa çatıb.
Kulis.az xəbər verir ki, Festivalda Səhnə teatrının “Qurd Əfsanəsi” mono tamaşası 3-cü yerə layiq görülüb. “Qurd əfsanəsi” tamaşası dilindən və dinindən asılı olmayaraq yer üzündə müəyyən sərhədlər daxilində yaşayan insanlara yardım edən, Tanrının göndərdiyi ilahi qüvvə kimi təqdim edilir. Tanrı Gög Qurdu şər qüvvələrə qarşı apardığı mübarizədə İnsana kömək etmək, yol göstərmək üçün səmadan yer üzünə göndərir… “ O qurd yenə gəldi, bizi qələbəyə aparan yolu göstərdi və xalqımız zəfər qazandı və ucadan səsləndi: Türkə toxunmasan o sənə toxunmaz! Türkə düşmən olma, Türklə dost ol! Yolumuz Turan yoludur!“ tamaşanın tamaşaçılarda yaratdığı əsas hisslərdən biri də məhz budur.
Mono tamaşanın müəllifi Xaqani Əliyev, quruluşçu rejissoru Namiq Ağayevdir. Səhnə əsərində “Şaman” obrazında aktyor Vüsal Rzasoy oynayır.
Qeyd edək ki, festivalda birinci yerə pontamim teatrının “Şinel” tamaşası, ikinci yerə isə Gənc Tamaşaçılar Teatrının “İnanıram” tamaşaları layiq görülüb.