Quyuya düşərkən qarnına armatur batdı, öldü

Quyuya düşərkən qarnına armatur batdı, öldü

Mingəçevirdə dəhşətli hadisə baş verib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu gün Mingəçevir şəhər sakini, 1985-ci il təvəllüdlü Ceyhun Əhmədovun meyiti şəhər ərazisində kanalizasiya quyusunda aşkar edilib.

İlkin araşdırma zamanı onun quyuya düşərkən qarın nahiyəsinə armatur batması nəticəsində öldüyü məlum olub.

Araşdırmalar davam etdirilir.


Share: