PSJ-nin hücumçusu Lionel Messi “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola haqda danışıb.
“Qafqazinfo” “Mundo Deportivo”ya istinadən xəbər verir ki, o, sabiq klubu “Barselona”da Pep Qvardiolanın baş məşqçi olduğu dönəmləri xatırlayaq deyib:
“Qvardiola futbola çox ziyan vurdu. Çünki oynadığımız futbol o qədər sadə görünürdü ki, hamı onu təkrarlamaq istəyirdi. Bundan sonra Qvardiolanın çoxlu fikrini gördüm. Şübhəsiz ki, onun matçlara baxmasında, oyunlara hazırlaşmasında və fikirlərini başqalarına çatdırmasında özünəməxsus bir xüsusiyyəti var. Pep indiyə qədər işlədiyim ən yaxşı məşqçidir”.
Xatırladaq ki, Messi və Qvardiola 2008-2012-ci illərdə “Barselona”da çalışıblar. Həmin müddətdə mütəxəssis daha çox qısa ötürmələrin yer aldığı tiki-taka oyun taktikasından çox istifadə edirdi.