Qvatemala Azərbaycanın Londondakı səfirliyinə qarşı vandalizm aktını pisləyib.
Bu barədə Oxu.Az-a Qvatemala Respublikasının Xarici İşlər Nazirliyindən bildirilib.
“Qvatemala avqustun 4-də Azərbaycanın Londondakı səfirliyində dini ekstremist qruplar tərəfindən həyata keçirilən vandalizm aktlarını pisləyir. Biz hərtərəfli araşdırmaya və təqsirkarların məsuliyyətə cəlb olunmasına çağırırıq”, – nazirliyin bəyanatında qeyd olunur.