Qvatemalanın qərb hissəsində dekabrın 11-də Fueqo vulkanı püskürüb.
Milli Seysmologiya, Vulkanologiya, Meteorologiya və Hidrologiya İnstitutunun məlumatına görə, səmaya atılan kül sütununun hündürülüy demək olar ki, beş kilometrə çatır.
Fueqo stratovolkanı Qvatemala paytaxtından təxminən 45 km qərbdə yerləşir və regionda ən fəal hesab olunur. Onun hündürlüyü dəniz səviyyəsindən 3763 m yüksəkdir. Dağ bazalt vulkanik kompleksinin bir hissəsidir.
2018-ci ildə bu vulkanın son güclü püskürməsi Qvatemaladakı təxminən 16,6 milyon əhalinin 1,7 milyonuna mənfi təsir edib. Fueqo yaxınlığındakı tarlalarda işləyən bir çox kənd sakini təxliyyə oluna bilməyib. Rəsmi məlumatlara görə, 110-dan çox adam ölüb, 330-dan çox qvatemalalı itkin düşüb.
Mənbə: profile.ru