Qvatemalada Fueqo vulkanının püskürməsi nəticəsində ölənlərin sayı 69 nəfərə çatıb.
Müstəqil.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində 4 yaşayış məntəqəsinə ciddi ziyan dəyib. Təxminən 2 milyona yaxın insanın hadisədən zərər gördüyü bildirilir.
İlkin məlumatlara görə, ölənlərdən yalnız 17 nəfərin şəxsiyyətini təsbit etmək mümkün olub. Ölənlərin 54 nəfəri Eskuintla departamentinin sakinləridir.
Hadisə nəticəsində 46 nəfərə yaxın insan ağır xəsarətlər alıb. Paytaxtdan 40 km aralıda yerləşən və vulkana yaxın ərazilərdə yaşayan 3 minə yaxın insan təxliyə edilib.
Xatırladaq ki, ən fəal vulkanlardan hesab olunan Fueqo vulkanı iyun ayının 3-dən etibarən püskürməyə başlayıb. Vulkanın hündürlüyü 3,7 km-dir.