Rəşad Atakişiyevin xatirəsi yad edildi – Foto

Bu gün təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Rəşad Atakişiyevin həlak olmasından bir il ötür.

Müstəqil.Az  xəbər verir ki, pilotu anmaq üçün ailəsi və yaxınları İkinci Fəxri Xiyabanda onun qəbrini ziyarət ediblər.

Rəşad Atakişiyevin anası bu dərdin ağır olmasına baxmayaraq, qürur hissi keçirdiyini deyib:

“Oğlum da deyirdi, mən Vətənə xidmət etmək, torpağımı sevdiyim üçün bu sənəti seçmişəm. Allahın qismətidir. O balaları, ailəsi ilə nəfəs alırdı. Sinəmdə dünya boyda dağ gəzdirirəm. Nə deyə bilirəm, sən belə etibarsız oğlan olmazdın, həmişə rayondan gələndə qarşıma sən çıxardın, ay oğul. Mən Azərbaycanın bayrağında Rəşadı görürəm. Peşəsini o qədər çox sevirdi ki!”

 

Share: