Müstəqil.az xəbər verir ki, tanınmış şair,tərcüməçi Rəbiqə Nazimqızının “Vaxtı öpmək” adlı yeni şeirlər kitabı işıq üzü görüb.
Kitab “Qanun” Nəşrlər Evində çap olunub.
Kitaba müəllifin son üç ildə qələmə aldığı şeirləri daxil olunub.
“Vaxtı öpmək” yaxın günlərdə oxuculara təqdim olunacaq.
Kitabı “Qanun” Nəşrlər Evindən və “Əli və Nino” mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.
Müəllifə yaradıcılıq uğurları arzulayırıq .
Aysel Səfərli
Müstəqil.az