“ABŞ Prezidenti Co Baydenin bəyanatları İranda terror və xaosu alovlandırır”.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bunu İran prezidenti İbrahim Rəisi deyib.
Onun sözlərinə görə, amerikalılar “İran xalqının hər bir yaxşı, yenilikçi və yaradıcı addımına qəzəblənir və respublikadakı çatışmazlıqlar və ya problemlərə görə sevinc və xoşbəxtlik hiss edirlər”.