Rəmişə qaraciyər transplantasiyası ediləcək

Rəmişə qaraciyər transplantasiyası ediləcək

Xalq artisti Rafiq Hüseynovda (Rəmiş) qaraciyər transplantasiyası həyata keçiriləcək.

Axşam.az xəbər verir ki, bu barədə tanınmış gitara ifaçısının həkimi Nuru Bayramov məlumat verib.

Həkim “Elgizlə izlə” proqramına telefonla bağlanaraq bildirib ki, Rəmişdə hepatit C mənşəli xroniki qaraciyər xəstəliyi aşkarlanıb:

“Ağciyərində də problem var. Hazırda Rəmiş müəllimi qaraciyər transplantasiyasına namizəd kimi qəbul edirik. İndi müalicə davam edir. İlk növbədə ağciyərini yoxlayırıq. Bu arada da vaxt itirməmək üçün hepatit C-nin müalicəsinə də başlanılıb. Müalicə təxminən altı ay davam edəcək.

Qarına su yığılmağı qaraciyərindəki problemlə bağlıdır. Ağciyərində hər hansı problem olmasa, yaxın gələcəkdə qaraciyər dəyişdirilməsini həyata keçirəcəyik”.

Share: