Bir neçə gündür sosial şəbəkələrdə əsgərlərimizin arzularını əks etdirən videolar paylaşılır. Bildirilir ki, bu videolara reaksiya demək olar ki, həmin dəqiqə öz əksini tapır.
Müstəqil.Az-ın SİA-ya istinadən verdiyi məlumata görə, iki əsgərimizin də arzusunu müğənni Rəqsanə İsmayılova gerçəkləşdirib:
“Mən müharibə vaxtı orduya yardım edə bilmədim. Bir şey etməsəydim, bunu özümə bağışlaya bilməzdim. Nə yaxşı bu iki video qarşıma çıxdı. Əsgərlərimizdən biri qara rəngli “Jiquli 07”, digəri isə “Niva” markalı avtomobil istəyirdi. Sözügedən iki əsgərimizə maşının birini mən, digərini isə həyat yoldaşım Fazil bəy hədiyyə edəcək.
Bununla əsgərlərimizin borcunu ödəyə bilmərəm. Onların Vətən yolundan canlarından keçməsinin qarşısında mənim və ərimin etdiklərim çox azdır. Allah Azərbaycanımızı, Ali Baş Komandanımızı və bütün hərbçilərimizi qorusun”.
Müstəqil.Az