Rəşad Dağlının həbs müddəti uzadıldı

Rəşad Dağlının həbs müddəti uzadıldı

Tanışını qətlə yetitməkdə ittiham olunan meyxanaçı Rəşad Dağlı (Əmirov) barəsində seçilmiş həbs-qətimkan tədbiri müddətinin uzadılması ilə bağlı təqdimata baxılıb.

Kulis.az APA-ya istinadən xəbər verir ki, Qaradağ Rayon Məhkəməsində keçirilən iclasda müstəntiq çıxış edərək təqsirləndirilən şəxsin həbsinin davamını gərəktirən dəlilləri elan edib.

Hakim Günay Həşimova istintaq orqanının təqdimatını əsaslı hesab edib. Qərara əsasən, Rəşad Dağlı barəsində seçilmiş həbs qətimkan tədbiri müddəti 2 ay uzadılıb.

Qeyd edək ki, Rəşad Dağlı tanışı -1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi bir neçə bıçaq zərbəsi ilə qətlə yetirməkdə ittiham olunur.

Hadisə 4 ay əvvəl Qaradağ rayonunun Lökbatan qəsəbəsində qeydə alınıb.

Rəşad Dağlı barəsində həbs qətimkan tədbiri seçilib. Meyxanaçı ilkin ifadəsində hadisəni təhqirə görə törətdiyini deyib.

Share: