Xəbər verdiyimiz kimi, Azərbaycan Yazıçılar Birliyinin Natavan klubu bundan sonra ödənişli əsaslarla fəaliyyət göstərəcək. Bu barədə Birliyin sədri yazıçı Anar Rzayev əmr imzalayıb. Əmrə əsasən, Natavan klubunda hər tədbir üçün 100 AZN ödəniş müəyyənləşib.
Kulis.az xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid bildirib ki, qərar hələ qüvvəyə minməyib.
“Bəlkə sentyabrdan ödənişli oldu. Su, təmizlik və stullara ziyan dəyməsi ilə bağlı texniki məsələlərdir. Bu kompensasiya kimi təklif olunub. Amma hələ son qərar sentyabrda olacaq” -, deyə R.Məcid qeyd edib.
ednews