Rəşad Sadıqov “Zirə”dəki fəaliyyətini davam etdirəcək.
“Qafqazinfo” xəbər verir ki, bu barədə baş məşqçinin özü bildirib.
“Həftə arası rəhbərliklə görüşümüz oldu. Müqavilənin uzadılmağı ilə bağlı ilk dəfə yanvarda görüş keçirmişdik. Həmin vaxt özüm istəmişdim ki, bu barədə yayda müzakirə aparaq. İndi belə qərar qəbul etdik ki, əməkdaşlığımızı davam etdirək və daha da keyfiyyətli komanda formalaşdıraq. Mən də istəyirəm ki, Konfrans Liqasına gedək. Bu il Konfrans Liqası şansını kubokun 1/4 finalında əldən vermişdik. Gələn il daha güclü “Zirə” olması üçün əlimizdən gələni edəcəyik” – mütəxəssis qeyd edib.