“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “Qarabağ”ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinə yüksəlməsinə münasibət bildirib.
“Qafqazinfo” xəbər verir ki, Ağdam klubunun sabiq kapitanı “atlılar”ın İsveçrə “Sürix”ini mübarizədən kənarlaşdırdığı (3:2, 2:2) oyundan sonra rəsmi instaqram səhifəsində komandanın baş məşqçisi Qurban Qurbanovla fotosunu paylaşıb.
Sadıqov paylaşımında qeyd edib: “Azərbaycana sənin kimi oğul verdiyinə görə Allaha nə qədər şükür etsək, yetməz!”.