“Çin özünün nüvə arsenalına münasibətdə həmişə müdafiə strategiyasına sadiq olub. Biz ondan ilk istifadə etməmək strategiyasına ciddi şəkildə əməl edirik”.
Bu barədə Çin Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Rəsmi Pekin bəyan edib ki, nüvə raketlərinin sayını öz təhlükəsizliyini təmin etmək üçün lazım olan minimum səviyyədə saxlamaq niyyətindədir.
Mənbə: TASS