Türkiyə Dərgilər Birliyinin mühüm mədəniyyət hadisəsi olan “Beynəlxalq Dərgilər Sərgi-Yarmarkası” bu ilin 8-12 iyun tarixlərində Türkiyə Mədəniyyət və Turzim Nazirliyinin və TİKA-nın dəstəyi ilə İstanbulda keçiriləcək.
Sərgi-Yarmarkaya Türkiyə Dəmir Yolları da dəstək verir. Tədbirdə Türkiyədən təqribən 400 dərgi iştirak edəcək, 30 ölkədən 450 dərgi sərgilənəcək. Dünya İlətişimçilər Birliyinin qatqılarıyla dünyanın bir sıra ölkəsindən (Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, KKTC, Qaqauziya (Moldova), Ufa (Başqırdıstan), Krım (Ukrayna), Tatrıstan, Doğu Türküstan, Bolqarıstan, Kosova, Rumıniya, Makedoniya, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Fələstin, Tükməneli (İraq), Cənubi Azərbaycan (İran) və Hollandiya) dərgilər Sərgi-Yarmarkaya qatılacaqdır. Xalqlar arasındakı mədəni əlaqələrin gücləndirilməsi məqsədi ilə təşkil ediləcək Sərgi-Yarmarka çərçivəsində media, mədəniyyət, sənət tədbirləri də nəzərdə tutulur. Rəsmiyyə Sabir Sərgi-Yarmarkada “Ulduz” dərgisini təmsil edəcəkdir.
Müstəqil.Az