Türkiyə Dərgilər Birliyinin mühüm mədəniyyət hadisəsi olan “Beynəlxalq Dərgilər Sərgi-Yarmarkası” bu ilin 8-12 iyun tarixlərində Türkiyə Mədəniyyət və Turzim Nazirliyinin və TİKA-nın dəstəyi ilə İstanbulda keçirilib. Tədbirdə Türkiyədən təqribən 400 dərgi iştirak edib. Ümumilikdə 30 ölkədən 450 dərgi sərgilənib.
Dünya İlətişimçilər Birliyinin qatqılarıyla dünyanın bir sıra ölkəsindən (Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, KKTC, Qaqauziya (Moldova), Ufa (Başqırdıstan), Krım (Ukrayna), Tatrıstan, Doğu Türküstan, Bolqarıstan, Kosova, Rumıniya, Makedoniya, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Fələstin, Misir, Tükməneli (İraq), Cənubi Azərbaycan (İran) və Hollandiya) dərgilər Sərgi-Yarmarkaya qatılıb. Xalqlar arasındakı mədəni əlaqələrin gücləndirilməsi məqsədi ilə təşkil edilən Sərgi-Yarmarkada bir sıra media, mədəniyyət, sənət tədbirləri keçirilib. Rəsmiyyə Sabir “Beynəlxalq Dərgilər Sərgi-Yarmarkasında” Azərbaycan Yazıçılar Birliyinin “Ulduz” jurnalını təmsil edib. Rəsmiyyə Sabir 5 gün keçirilən Sərgi-Yarmarkada “Ulduz” jurnalına, Azərbaycan ədəbiyyatına böyük marağın olduğunu bildirib. Sərgi-Yarmarkada Türkiyə Cümhuriyyəti Mədəniyyət nazirinin müavini Əhməd Misabah Demircan, AK partiya sədrinin müavini Mustafa Şen, Şimali Makedoniya Siyasi sistem və Topluluklararası Əlaqələr Nazirinin müavini Cabir Doko, Türkiyə Cümhuriyyətinin keçmiş Mədəniyyət naziri Nabi Avcı, Türkiyə Dərgilər Birliyinin sədri Fatih Bayhan, Dünya İlətişimçilər Birliyinin sədri Şəmsəttin Kuzəci, bir sıra bələdiyyə sədrləri də iştirak ediblər. Rəsmiyyə Sabir Türk dünyasında mədəni əlaqələrin gücləndirilməsindəki xidmətlərinə görə Dünya İlətişimcilər Birliyinin diplomuna layiq görülüb.
Müstəqil.Az