Tanınmış şair Rəsmiyyə Sabirin “Zindan sevinci” adlı şeirlər kitabı işıq üzü görüb.
Bu haqda Müstəqil.Az-a şairin özü məlumat verib.
Kitab şairin 2020-ci ildə “Vektor” Beynəlxalq Elmlər Akademiyasının Şahmar Əkbırzadə adına Beynəlxalq Ədəbiyyat Mükafatına layiq görülməsi münasibətilə “VEKTOR” BEA tərəfindən nəşr edilib. Kitabın redaktoru tanınmış yazar, professor Elçin İsgəndərzadədir. Kitab “İnsanlığın himni”, “Vətən! – dedim”, “Səssiz…Sözsüz”, “Qələmin gözündən indi yaş gəlir”, “Sənə elə küskünəm ki, Həyat!…”, “Həyatın dibindən” bölmələrindən ibarətdir. Kitabda Vətən, ana, dünya, sevgi mövzusunda şeirlər yer alıb.
ZİNDAN SEVİNCİ
İnsan azad olmaq üçün
gəlir dünyaya.
Çiynində günah daşıyır.
Hərdən “ah” çəkib
nəfəsini azad edir.
Qəlbinin dərinliyində
ölmüş səslərə can verir.
Zindan sevinci yaşayır İNSAN…