Millət vəkili Rəfael Cəbrayılov haqqında yayılan məlumatlar və deputat mandatından imtina etməsi ilə bağlı məsələyə aydınlıq gətirmək məqsədi ilə mətbuat konfransı keçirib.
Rəfael Cəbrayılov ilk öncə mandatdan imtina etməsi ilə bağlı məsələyə toxunub.
R.Cəbrayılov Heydər Əliyev siyasi kursuna sadiq qaldığını vurğulayıb. “Hazırda İlham Əliyevin siyasi kursuna sədaqətlə xidmət edirəm. Bundan sonra da belə olacaq. Mən tez-tez əqidəsini dəyişən adam deyiləm – deyə deputat bildirib.
Xatırladaq ki, Rafael Cəbrayılov deputat vəsiqəsini girov qoyaraq 2015-ci ildə 300 min ABŞ dolları məbləğində borc alıb. Borcun qaytarılmadığını görən Fətəliyeva Təranə Rasim qızı Abşeron Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə iddiaçının xeyrinə 15 fevral 2019-cu ildə qiyabi qətnamə qəbul edib.
Cavabdeh şəxs, Rəfael Cəbrayılov məhkəmənin qərarı ilə razılaşmayaraq, apelyasiya şikayəti verib. Apelyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Bu gün isə deputat Parlamentə mandatından imtina etməsi ilə bağlı ərizə göndərib.