İsrail Ordusu Rafah şəhərində əməliyyat keçirməyəcəyi təqdirdə hökumət koalisiyası parçalanacaq.
-nın xəbərinə görə, belə bəyanatla bu gün İsrail maliyyə naziri, ultrasağ Dini Sionizm Partiyasının sədri Betsalel Smotriç çıxış edib.
Betsalel Smotriç Baş nazir Binyamin Netanyahuya çağırış edərək bildirib ki, Misirin vasitəçiliyi ilə HAMAS-la girovların azad edilməsinə dair mümkün razılaşma qəbul edilməməlidir, bu, İsrail üçün alçaldıcı kapitulyasiya olar: “Əgər siz ağ bayraq qaldıracaq və HAMAS-ın məhvi üçün Rafahın tutulması ilə bağlı əmri ləğv edəcəksinizsə, o halda hökumətin mövcud olmaq haqqı olmayacaq”.
Qeyd edək ki, 120 yerlik Knessetdə 7 deputatla təmsil olunan Dini Sionizm Partiyası hökumət koalisiyasından çıxacağı halda Binyamin Netanyahunun Likud Partiyanın rəhbərlik etdiyi hakim koalisiya parlamentdə çoxluğu itirir. Bu da növbədənkənar seçkilərin keçirilməsini zəruri edəcək.
“The Times of Israel” isə yazıb ki, Betsalel Smotriç hökumət koalisiyasını tərk edəcəyi halda Binyamin Netanyahu Beni Hantsın parlamentdə 8 deputatı olan “Dövlət Düşərgəsi” blokuyla razılaşa və hökumət mövcudluğunu qoruya bilər. Beni Hants müxalifətdə olsa da, müharibə başlayandan hərbi kabinetdə portfelsiz nazir kimi yer alıb.