Ramazan ayında bu qadağalar tətbiq oluna bilər – VACİB AÇIQLAMA

Ramazan ayında bu qadağalar tətbiq oluna bilər – VACİB AÇIQLAMA

Azərbaycanda koronavirus infeksiyasına gündəlik yoluxanların sayı 2500 nəfərə yaxınlaşır. Son rəqəmlərə əsasən, ölkədə aktiv xəstələrin sayı 31 mindən çoxdur.

Müstəqil.Az xəbər verir ki, xəstələrin sayının artması ölkədə sərt karantin rejiminin yenidən tətbiq olunmasını gündəmə gətirib.

Nəzərə almaq lazımdır ki, aprelin 14-ü dünyada olduğu kimi Azərbaycanda da müqəddəs Ramazan ayının gəlişi böyük coşğu ilə qeyd olunur və insanlarımız bu ayın vacib ayinlərini yerinə yetirməyə çalışırlar.

Ötən il aprelin əvvəli Ramazan ayının da daxil olduğu günlərə təsadüf edirdi. Həmin tarixdə də ölkədə sərt karantin tədbirləri tətbiq olunmuşdu. Keçənilki təcrübəni və yoluxanların sayının artma ehtimalını əsas götürsək, Azərbaycanda karantin qaydaları yenidən sərtləşdirilə bilər. Belə olacağı təqdirdə ölkədə hansı məhdudiyyətlər tətbiq oluna bilər?

Bu suala cavab verən tibb elmləri doktoru, professor Adil Qeybulla BAKU.WS-ə bildirib ki, hər şey epidemioloji vəziyyətdən asılı olacaq:

“Bütün lokdaunların, qadağaların hədəfi təmasları məhdudlaşdırmaqdır. Əgər epidemioloji vəziyyət pisləşərsə, bu zaman karantin qaydaları sərtləşdirilə bilər.

Bu, ictimai iaşə obyektlərinin bağlanmasını, müəyyən ticarət mərkəzlərinin qapadılmasını və sms icazə isteminin tətbiqini nəzərdə tuta bilər. Məhdudiyyətlərin tətbiqi isə epidemioloji vəziyyətdən asılı olacaq.

Əgər epidemioloji vəziyyət indiki kimi qalsa, yəqin ki, status-kvo qala bilər. Hər bir halda mövcud vəziyyət dəyərləndiriləcək”.

Share: