Ramazan ayının ilk Qədr gecəsindən görüntülər – FOTOREPORTAJ

Ramazan ayının ilk Qədr gecəsindən görüntülər – FOTOREPORTAJ

 

Ötən gecə Azərbaycanda Ramazan ayının ilk Qədr (əhya) gecəsi olub.

Oxu.Az-ın fotoqrafı mayın 1-dən 2-nə keçən gecə ilk Qədr gecəsi günü paytaxtın Suraxanı rayonu Günəşli qəsəbəsində yerləşən “Fatimeyi-Zəhra” məscidində olub.

Hər il bu gecədə insanlar məscidlərə gedərək, sübhə qədər ibadət edirlər. Gecə gün batandan səhər sübh azanına qədər davam edən “əhya” (diriliş, dirçəliş) gecələrində axundlar fasilələrlə xütbə oxuyur

Lakin koronavirus pandemiyası ilə əlaqədar insanların məscidlərə toplanması, Qədr gecəsinin əməllərinin məscidlərdə icrası qadağan edilib.  Bütün əngəllərə rəğmən, Qədr gecəsində “Fatimeyi-Zəhra” məscidində Hacı Surxay tərəfindən onlayn şəkildə fasilələrlə xütbələr oxunub.

Belə ki, Qədr gecəsi Allahın “Qurani Kərimi”i yer üzünə göndərdiyi həmin gecədir. “Qurani-Kərim” İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə və Qədr gecəsində bütövlükdə nazil olub.

İslam inanclarına görə, bu gecədə mələklər Allahın izni ilə yerə enər və hər kəs üçün təyin edilən müqəddərat onlara təqdim edilər.

Ramazan ayının ilk Qədr (əhya) gecəsindən hazırlanan fotoreportajı təqdim edirik:

 

 

Share: