Ramiz Mehdiyevdən müxalifətə çağırış: “Kölgə salmağa çalışmayın…”

Ramiz Mehdiyevdən müxalifətə çağırış: “Kölgə salmağa çalışmayın…”

“10 noyabr 2020-ci il Azərbaycanın müasir tarixinə əbədi həkk olunacaq”. 

Yenisabah.az xəbər verir ki, bu fikilər Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyevin İkinci Qarabağ savaşı barədə yazdığı məqalədəndir.

Ramiz Mehdiyev məqaləsində İkinci Qarabağ savaşının birmənalı olaraq Azərbaycanın qələbəsi ilə bitdiyini yazır. Akademik həmçinin bəzi müxalifət nümayəndələrinin bu qələbəyə kölgə salmağa cəhd etdiyini qeyd edir.

“Təəssüf ki, Azərbaycanın bu müharibədəki tarixi qələbəsi fonunda hakimiyyətin bəzi əleyhdarları və ekspertlər birliyi əldə edilən qələbənin əhəmiyyətiunə kölgə salmağa çalışırlar. Onların arasında diplomatiyamızın Azərbaycanın hərbi üstünlüyündən tam istifadə edə bilmədiyini hesab edərək Azərbaycanın tam hüquqlu qələbəsini tanımaqdan qəti şəkildə imtina edənlər də var”, – məqalədə vurğulanır.

O daha sonra hakimiyyət əleyhdarlarının diqqətini İkinci Qarabağ savaşının “çox vacib tarixi və ideoloji” tərəfinə yönəldib.

“Hakimiyyət əleyhdarlarının diqqətini bu müharibənin çox vacib tarixi və ideoloji tərəfinə yönəltmək istərdim. Birincisi, Nadir şah dövründən bəri Azərbaycan ilk dəfə öz ata-baba torpaqlarını geri qaytara bildi. Şübhəsiz ki, bunun tarixi əhəmiyyəti var.

İkincisi, bu müharibə göstərdi ki, Azərbaycan cəmiyyəti ümumi düşmən qarşısında birləşmək üçün böyük bir potensiala malikdir. Xalqın və dövlətin maraqları naminə bu potensial daha da inkişaf etdirilməlidir. Bu xüsusilə, Azərbaycanın zəngin mədəni irsi, qalibiyyət ənənəsi, Azərbaycan xalqının Prezident İlham Əliyevlə birliyi və hərbi əməliyyatlar zamanı şahidi olduğumuz vətənpərvərlik baxımından son dərəcədə vacibdir”.

Share: