Çeçenistan rəhbəri Ramzan Kadırov axtarışa verilib.
“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, o, “Ukraynanın ərazi bütövlüyünə qəsd” və “müharibə başlatma” maddələri ilə axtarılır.
Belə ki, Ukrayna Daxili İşlər Nazirliyinin axtarış bazasında onun adı qeyd olunub. Onu Ukrayna Təhlükəsizlik Xidməti axtarır.
Bu halda onu 7 ildən 15 ilədək həbs gözləyir.