Ramzan Kadırov azərbaycanlı jurnalistin Putinlə bağlı sualına tələsik cavab verdi

Xəbər verdiyimiz kimi, bu gün Nijni Novqorodda “QAZ” zavodunun yubiley tədbirlərində iştirak edən Rusiya prezidenti Vladimir Putin gələn il keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcəyini bildirib.

Virtualaz.org xəbər verir ki, bu xəbər yayılandan dərhal sonra “Rossiya” telekanalında çalışan azərbaycanlı jurnalist Nailə Əsgərzadə sosial şəbəkədə oxucularına sual ünvanlayıb: “Kimə səs verəcəyinizi qərarlaşdırmısınızmı?”

Maraqlıdır ki, suala ən tez cavab verən Çeçenistan başçısı Ramzan Kadırov olub. O, “Putinə” yazmaqla öz mövqeyini bildirib.

Müstəqil.Az

Share: