“Raqqanı terrorçu İŞİD-dən təmizləmək yerinə, onlara silahları ilə birlikdə çıxmalarına dəstək veriblər”.
Türkiyə KİV xəbər verir ki, bunu ölkənin baş naziri Binali Yıldırım Ədalət və İnkişaf Partiyasının (AKP) parlamentdəki fraksiyasının üzvləri qarşısında ABŞ-a səfəri ilə bağlı çıxışı zamanı bildirib.
“Silahla dolu 50 TIR-dan 10-u hər cür ağır silahla yüklü vəziyyətdə müşayiət altında Raqqanın şimalında terrorçu İŞİD qruplaşmasının üzvlərinə çatdırılıb. Biz ABŞ-a dedik ki, bir terror qruplaşması ilə başqa bir terror qruplaşmasını məhv etmək dövlətə yaraşmaz. Oradan qaçanlar – İŞİD silahlıları Türkiyə başda olmaqla birlikdə Avropa, Amerika və dünyanın hər yerində kim bilir yeni neçə-neçə insanın qətlinə səbəb oacaqlar. Terror qruplaşmalarına qarşı mübarizədə dövlətlərin əməkdaşlığı əhəmiyyətlidir”, – o vurğulayıb.
Qeyd edək ki, ABŞ Suriyanın Raqqa şəhərinin terrorçu İŞİD qruplaşmasından terrorçu PKK-nın Suriyadakı “YPG” və “PYD” adlı qolları ilə birlikdə təmizlədiyini bildirib. Rəsmi Ankara isə ABŞ-a PKK qruplaşmasının qolları ilə deyil, Türkiyə hərbçiləri ilə birlikdə təmizləməyi təklif edirdi. Binali Yıldırım çıxışında “YPG” və “PYD”nin İŞİD qruplaşmasını silahlandırdığını vurğulayıb.
Müstəqil.Az