Müalicəm üçün Türkiyədən gəlməli olan həkim artıq Bakıdadır.
Bunu Report-a açıqlamasında xalq artisti Rasim Balayev deyib.
O qeyd edib ki, hazırda Mərkəzi Gömrük Hospitalında müayinə olunur:
“Türkiyədən gələn həkim nevropatoloqdur. O, ev şəraitində müalicəm üçün dərmanlar yazdı. Həkim Türkiyəyə qayıdacaq. Türkiyəli həkim dedi ki, 20 gün, bir ay sonra onunla əlaqə saxlayıb səhhətim haqqında yenidən məlumat verim. Bununla yanaşı belimdə olan ağrıları müalicə etmək üçün İsraildən həkim gələcək”.
Qeyd edək ki, R.Balayev şəkər və təzyiq xəstəliklərindən əziyyət çəkir. Onun onurğasında da problem var. Xalq artistinin müalicə üçün Türkiyəyə göndəriləcəyi nəzərdə tutulmuşdu. Daha sonra həkimin Azərbaycana gəlməsi və aktyoru burada müalicə etməsi qərara alınıb. Xalq artisinin müalicə xərclərini Azərbaycan dövləti ödəyəcək.
Müstəqil.Az