“İdxal daha da artırılmalıdır”.
Oxu.Az xəbər verir ki, bunu “Beynəlxalq Əczaçı günü” və Respublika əczaçılarının 3-cü konfransı zamanı Səhiyyə nazirinin müavini Rasim İsmayılov deyib.
Onun sözlərinə görə,labarotoriyalarda keyfiyyətin müasir səviyyəyə çatdırılması istiqamətində layihələr hazırlanır:
“Keyfiyyət də əsasdır. Əminəm ki, qısa zamanda müsbət nəticələrini göstərəcək”.
Əczaçılıqda dövlət siyasəti mövcuddur.
“İstehsal də vacibdir”.
R.İsmayılov qeyd edib ki, Azərbaycan dərman təlabatının 10 faizini təmin edə bilir:
“Türkiyə 70 faizini təmin edə bilir. Müəyyən addımlar atılmalııdır. Səhiyyə tam dəstəkdir”.
Nazir müavini sonda əlavə edib ki, elektron reseptlərin olması müəyyən problemləri aradan qaldıracaq.