İspaniya Kral Kubokunda 2022/23 mövsümünün qalibi müəyyənləşib.
Oxu.Az xəbər verir ki, “Real” (Madrid) titula sahib çıxıb.
“Kral klubu” həlledici matçda “Osasuna”dan güclü olub – 2:1. Hesabı 2-ci dəqiqədə “Real”ın heyətində Rodriqo açıb. Lakin 58-ci dəqiqədə Lukas Torronun sayəsində “Osasuna” bərabərliyi təmin edib. 70-ci dəqiqədə özünün və komandasının ikinci qolunu vuran Rodriqo oyunda yekun nəticəni müəyyənləşdirib.
Bu, “Real”ın 20-ci ölkə kuboku olub. Karlo Ançelotti isə ikinci dəfə titula yiyələnib.