“Real” Madridin baş məşqçisi Karlo Ançelotti Braziliya millisinə rəhbərlik edə bilər.
Ançelotti Braziliya Futbol Federasiyasına milli komanda ilə işləmək barədə razılıq verib.
Tərəflər 3 il üçün nəzərdə tutulan müqavilənin detallarını müzakirə edirlər. Müqavilənin 2023-cü ilin iyulunda qüvvəyə minəcəyi və Dünya Çempionatının keçiriləcəyi 2026-cı ilin avqust ayına qədər qüvvədə olacağı gözlənilir.
Ançelotti hələ heç bir sənəd imzalamayıb, ancaq razılığını verib. İspaniyanın “Real” Madrid klubu ilə müqaviləsi qüvvədə olduğu üçün tərəflər razılaşma barədə ictimaiyyətə açıqlama verməyəcək.
“Real” Madridin braziliyalı futbolçuları Vinisius Junior, Rodriqo Qoes və Eder Militao məsələdən xəbərdardırlar. Onlar Ançelottinin klubdan getməsinə təəssüflənirlər, lakin milliyə gəlişinə sevinirlər.
Mənbə: Sports.ru