Otto fon Bismarkın yaratdığı “Realpolitik” xətti hazırkı Dünyada da geniş istifadə olunur. Lakin yarandığı dövrdən bəri düzgün istifadə edilmədiyi üçün bu xətt İkinci Dünya müharibəsinə səbəb oldu.
Bildiyimiz kimi Qüvvələr balansı sürətlə silahlanmaya səbəb olur və bu da böhranlar yaradaraq müharibələri qaçılmaz edir. Bu gün də bu prosesi başqa formasiyada yaşayırıq.
Bəs silahlanma yarışını kim başlatdı?
Türkiyə Silahlı Qüvvələrinin Somali bazası və regionda Afrin, Tel-Fırat əməliyyatları bir növ Dünyada sönmüş silahlanma yarışına qığılcım vermiş oldu. Daha sonra tərəflərin real müharibədən yayınması ilə Afrikadakı Cibuti kimi hərbi bazalar ölkəsində strateji baza açmaq fikri silahlanmanı sürətləndirdi.
Egey dənizində, yunan hava sərhədindəki münaqişə isə Yunanıstanın sərrhəddə 7000 əsgər yığması ilə nəticələndi. Rusiya isə istər Yaxın Şərqdə, istərsə də Krım cəbhəsində ən fəal opponentdir. Krım ərazisinə yaxın Rostov şəhərinə 77000 hərbçi və tanklar yığaraq bir növ bariyer yaratdı.Yaxın Şərqdə isə İsrailin İrana məxsus T-4 bazasını bombardman etməsindən bir neçə saat öncə rus hərbiçiləri öz S-400 roketdən müdafiə zonasına çəkildilər. Hazırda Rusiya və İran S-400-ün əhatəsinə qədər geriyə çəkilsələr də Rus “PUA”ları Qərbi Afrika boyunca uçaraq ABŞ və Fransanın ehtimal ediləcək hücumunu nəzarətdə saxlamağa cəhd edirlər. Rusiya: “Əsəd rejiminin bir əsgərinə belə toxunulsa biz hücuma keçəcəyik”- dedi. ABŞ isə Fransa ilə birgə hücumda çox qərarlıdır. Beləki D.Trump hətta özünün bəzi rəsmi səfərlərini də təxirə salıb. Bugünkü tweet’ində də “Rusiya ağıllı bombalara hazır olsun”- dedi. İran İslam Respublikası isə Əhvazdakı mitinqlər, T-4ün bombardımanı , Dollar qarşısında rialın kəskin ucuzlaşması kimi hadisələrin şokundan Suriyada olan məzhəbçi qruplaşmalarını və polis dəstələrini geri çəkməyə məcbur oldu. Bütün bunlar azmış kimi İsrail ordusu hazırda Rusiya S-400-lərinin siqnallarını pozmaqla, Britaniya isə mandatlıq dövründən bəri ərazisindən bu qədər kənarda baza açmaqla silahlanmanı sürətləndirir. Britaniya Kipr bazasında da ola biləcək müharibəyə hazırlaşmaqdadır.
Bəs Çin və yeni silahlanmaya qoşulan Yaponiya nə düşünür?
Çin özünün Rusiya ilə müttəfiqliyini göstərmək üçün Rusiyaya qarşı istənilən hücumda özünün Aralıq dənizi bazasından Rusiyanı müdafiə edəcəyini bildirib. ABŞ isə Çinin nəzarətdən çıxacaq qədər güclənməsindən ehtiyat etdiyi üçün hələ 2011dən Cibutidə Yapon hərbi bazasını açmağa cəhd edirdi və hazırda bu baş tutmaqdadır.Lakin Cibutidə Çinə məxsus hərbi baza və 12000 daimi ordu da yerləşir.
Bütün bunlar yenidən silahlanan və qarşısı alınmaz müharibəyə apara bilər.Bütün Dünyanın taleyini bir neçə siyasətçinin istədiyi yöndə dəyişməsi məhvə aparır. Liderlər Realpolitikdən Beynəlxalq Təhlükəsizliyə, İnsanlığın ümumi dəyərlərinə qayıtmasa tarixə “3-cü Dünya müharibəsi” , “Suriya böhranı” və “Yeni Soyuq Müharibə” terminləri gətirəcək, lakin tarix özü mövcud ola biləcək mi? Bax bu sual altindadır.
Hazırladı: Yusubzadə Novruzəli