Referansın Sumqayıtda yerləşən filialı “Referans Sumqayıt Tibb Mərkəzi” 7000-dən çox laborator xidmətlər, peşəkar həkim qəbulları, ən son avadanlıqlarla təchiz olunan diaqnostik müayinələrlə xidmət göstərməkdədir.
“Qafqazinfo” xəbər verir ki, Referansın Sumqayıt filialı 15 İyun Milli Qurtuluş Gününə özəl aksiya elan edir. Aksiya 15, 16 və 17 iyun tarixlərini əhatə edəcək.
Aksiya çərçivəsində Referans Sumqayıt Tibb Mərkəzinə müraciət edən bütün pasiyentlər Bakıdan dəvətli Kardioloq, Ginekoloq, Dermatoveneroloq-Kosmetoloq, Nevroloq, Endokrinoloq, Uroloq-Androloq, Terapevt, Qastroenteroloq həkimlərin müayinəsindən ödənişsiz keçə bilərlər.
Öncədən qeydiyyat mütləqdir.
Qeydiyyat üçün +994 77 379 00 33 nömrəsi ilə əlaqə saxlamağınız kifayətdir.
Unutmayın ki, vaxtında aşkarlanmayan xəstəliklər daha sonra çox ciddi fəsadlar törədə bilər.
Ünvan: Sumqayıt şəh. Səməd Vurğun küç.119
Əlaqə nömrəsi: +994 77 379 00 33 / +994 18 655 03 33
Çağrı Mərkəzi: *0033