“Bu gün ən böyük problemlərdən biri işsizlikdir”.
“Qafqazinfo” xəbər verir ki, bunu deputat Rüfət Quliyev Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi ilə bağlı keçirdikləri birgə iclası zamanı bildirib.
“Bu problemin üzərində işləmək lazımdır. Regionlarda iş yerləri açılmalıdır. Orada kommunal xərclər, vergilər 50% azaldılmalıdır. Bununla da problemləri müəyyən qədər azaltmaq olar. İstənilən sahibkar Bakıda zavod, fabrik tikə bilirsə, o niyə regionda gedib bunları etməlidir?”, – deyə millət vəkili qeyd edib.
Eldar Tanrıverdi