“Rejissor Natiq Axund şəhərdəki qalmaqalla bağlı Səbail Rayon polis idarəsinə cağırıldı.”

Müstəqil.Az bildirir ki, bununla bağlı hazırda İspaniyada yaşayan  şair  Səfa Rəşid  rejissorla əlaqə saxlayıb və məsələyə aydınlıq gətirib:

 

Bir muddət öncə bütün ölkədə qalmaqal yaradan, daş dövründən paytaxta gələn qədim insanla bağlı xəbər və video görüntü ölkə televiziya kanalı, həmçinin internet saytlarında dərc edildi, yayımlandı, yəqin ki, hər biriniz bundan xəbər tutmusunuz.

 

Bu hadisə ilə bağlı Bakı şəhəri Səbael rayon polis idarəsi, rejissor Natiq Axundun bir başa əlaqəsi olduğunu bildirərək, onu idarəyə cağırıb. Görüş zamanı şəhərin asayiş qoruyuculari hadisə ilə baglı ona nazirlikdən narahatçılıq yarandığını bildirmiş və bu barədə İcra hakimiyyətinə, ordan da Səbail rayon polis idarəsinə məsələnin araşdırılması ilə baglı tapşırıq verildiyi soyləmişlər. Bu məsələyə açıqlama verərkən Natiq Axundun bizə dediyi ilk sözlər bunlar oldu.

 

“Eramızdan milyon il əvvəlki insanlar… və ya bir insanın keçmişə, gələcəyə getməsi mövzusu həmişə, uşaq yaşlarından mənim üçün çox maraqlı olub. Bir də mən hər hansi bir maraqlı videonu öz youtub kanalımda qoya bilər və sosial şəbəkələrdə paylaşa bilərəm… Bu heç də həmişə o demek deyil ki, bu iş, mütləq bizə məxsusdur. O ki, qaldı bunu mütləq qeyd etməliyəm ki, Səbail rayon polis şöbəsində hər kəsdən xoş münasibət gördüm. Rəisdən tutmuş hər kəsə minnətdaram. Təbii ki, xalqimizin keşiyində duran polis orqanı kimi nəzarətlərində olduqları şəhərin mərkəzində (ticarət mərkəzində) bu qeyri adi hadisənin baş verməsindən dolayı onların narahat olmaları təbiidir. Lazım olan araşdırma və müzakirələrdən sonra biz tərəfdən heç bir problemin olmadığı tam aydın oldu. Sonda isə işlərimizdə hər hansı bir dəstəyə ehtiyac olarsa, onlara müraciət etməyimizi bildirdilər. Biz isə gəlin hər birimiz gözləyək, görək bu şəxs həqiqətən hardan gəlib və sonu nece olacaq…
Səfa Rəşid

Share: