Rejissor və aktrisa haqqında ölüm fərmanı – Öldürənə mükafat veriləcək

Hindistanda “Padmavati” adlı filmin rejissoru Sanjay Leela Bhansali və baş rol ifaçısı olan aktrisa Deepika Padukone ölümlə hədələnib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, iqtidardakı Bharatiya Janata Partiyasının Haryana ştatındakı nümayəndəsi Suraj Pal Amu bir mitinqdə onları öldürənə 1,5 milyon dollar mükafat verəcəyini açıqlayıb.

Amu deyib ki, filmin nümayişinə icazə verməyəcək.

Share: