Rektordan dərsə gecikən tələbəyə qeyri-adi hədiyyə – Bakıda/Video

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov tələbələri müxtəlif nominasiyalar üzrə qiymətləndirərkən qeyri-adi addım atıb.

Müstəqil.Az Teleqraf.com-a istinadən  xəbər verir ki, o, 2 tələbəni – Famil Babayev və Abusupyan Adıyevə xüsusi mükafat verəcəyini deyərək onlara zəngli saat hədiyyə edib.

Həmin tələbələr BANM-in dərslərə ən çox gecikən tələbələridir.

Rektor zəngli saatlarla tələbələrin bir də heç vaxt dərsə gecikməyəcəyinə inandığını bildirib.


Müstəqil.Az

Share: