Azərbaycan millisinin futbolçusu Renat Dadaşov çıxış etdiyi İsveçrənin “Qrasshopper” klubunda 2-ci qolunu vurub.
“Report” xəbər verir ki, 23 yaşlı hücumçu səfərdə “Lütsern”ə qarşı keçirilən İsveçrə Super Liqasının I turundan təxirə salınmış oyunda fərqlənib.
38-ci dəqiqədə rəqib qapısına yol tapan forvard komandasının bərabərlik qolunun müəllifi olub.
Qeyd edək ki, hazırda qarşılaşma davam edir. İlk hissədən sonra hesab 1:1-dir.