İsveçrə Superliqasında 3-cü turun oyunları keçirilir.
Müstəqil.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşovun çıxış etdiyi “Qrasshopper” səfərdə lider “Yanq Boys”la qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb.
46-cı dəqiqədə meydana daxil olan Dadaşov cəmi 3 dəqiqə sonra komandasının bərabərlik qolunu vuraraq “Qrasshopper”i məğlubiyyətdən xilas edib. 90+4-cü dəqiqədə isə Dadaşov sarı vərəqə ilə cəzlandırılıb.
Qeyd edək ki, 1 oyun az keçirən “Qrasshopper” 4 xalla 4-cü pillədə qərarlaşıb.