Surixin “Qrasshopper” futbol klubu Renat Dadaşovla müqaviləni 2025-ci ilə qədər uzadıb.
Eyni zamanda, mərkəz hücumçusu cari mövsümün qalan hissəsini “Hatayspor”da icarə əsasında keçirəcək.
Bu barədə İsveçrə klubunun mətbuat xidməti məlumat yayıb.
Xatırladaq ki, 24 yaşlı azərbaycanlı futbolçu ilk olaraq 2020-ci ildə “Vulverhempton”dan icarə əsasında “Qrasshopper”ə keçib və daha sonra 2024-cü ilə qədər iki illik müqavilə imzalayıb.
O, indiyədək klubun heyətində ümumilikdə 40 oyun keçirib və 10 qol vurub.