Reper narkotik alverinə görə həbs edildi

Reper narkotik alverinə görə həbs edildi

Rep ifaçısı Fetty Wap narkotik maddə yaymaq və saxlamaq ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib.

Kulis.az xəbər verir ki, bu barədə “People” məlumat yayıb.

Əsl adı Villi Maksvell olan musiqiçi 2022-ci ilin avqustunda narkotik alverində ittiham olunub. 31 yaşlı sənətçi məhkəmədə “Məni qürurum məni bu gün bu vəziyyətə saldı” deyərək hakimdən üzr istəyib. Onun vəkilləri Fetty Wap-ın narkotik biznesinə COVID-19 pandemiyası nəticəsində yaranan maliyyə çətinlikləri səbəbindən girdiyini iddia ediblər.

Prokurorlar hakimə yazdığı məktubda repçiyə daha uzun cəza verilməsini istəyiblər. Onlar iddia ediblər ki, Maksvel şöhrətindən və nüfuzundan qeyri-qanuni biznes qurmaq üçün istifadə edib.

Federal Təhqiqat Bürosunun (FTB) əməkdaşları Fetty Wap-ı Nyu Yorkdakı Rolling Loud musiqi festivalına daxil olmamışdan bir müddət əvvəl həbs ediblər . Sənətçi və onun əlaltıları 100 kq-dan çox narkotik maddə yaymaqda şübhəli bilinib.

Share: