Respublika Kliniki Uroloji xəstəxanasında gördüklərim və gəldiyim qənaət.

Respublika Kliniki Uroloji xəstəxanasında gördüklərim və gəldiyim qənaət.

M. Cavadzadə adına Respublika Kliniki Uroloji xəstəxanasında gördüklərim və gəldiyim qənaət.

Düzü, əvvəllər xarici ölkələrin tibb müəssisəlində müşahidə etdiyimiz nümunəvi xidmətin haçansa bizdə də olacağına şübhə ilə yanaşırdıq. Elə rastlaşdığımız hər qanunsusuzluğa “Bura Azərbaycandır” deyib, qəbul edirdik. Əlbəttə, bu əvvəllər belə idi. Bu gün ölkəmizin bir çox sahələrində olduğu kimi tibb müəssisələrində də yaxşı mənada dəyişikliyin olduğunu hiss edirik.
M. Cavadzadə adına Respublika Kliniki Uroloji xəstəxanası haqda eşitmişdim. (İnsafla desək elə əvvəllər də bu xəstəxana nümunəvi xidməti ilə digərlərindən seçilirdi). Bu yaxınlarda bir yaxınımızın xəstəliyi ilə bağlı yolum ora düşmüşdü. Düzü, elə giriş qapısından ta həkim qəbuluna kimi qayğı ilə əhatə olunduq. İki-üç il əvvəl də mən burda olmuşdum. Lakin belə xidmətlə rastlaşmamışdım. Öyrəndim ki, xəstəxanaya əvvəl şöbə müdiri işləyən Fariz Babayev rəhbər təyin olunub. Məhz Fariz həkimin təyinatından sonra xəstəxanada köklü dəyişikliklər edilməyə başlanıb. Hər sahədə şəffaflıq özünü göstərir.
Adından məlum olduğu kimi xəstəxana ağır böyrək xəstələrini müalicə edən müəssisədir. Belə xəstələrin sağalmaq şansı həddindən artıq az olur. Canı ağrıyanın da əsəbləri yerində olmur, aqressiv olur. O cümlədən də onu müşayət edən yaxınlarının… Belə gərginlik yaşayanlara qayğı göstərmək, onların kaprizlərinə dözmək asan iş deyil. Amma M. Cavadzadə adına Respublika Kliniki Uraloji xəstəxanasında bu amillər nəzərə alınır, yüksək səviyyəli tibbi xidmət göstərilir. Dövlət başçısının dəfələrlə tövsiyyə etdiyi nümunəvi xidmət burda öz əksini tapıb. Əməkdaşların gülmsər baxışları, hər xəstəyə qayğı ilə yanaşması adamda xoş təəssürat oyadır.
Hər-hansı bir neqativ halları qabarıq şəkildə göstəririksə, gəlin yaxşılara da “sağ ol” deməyə cəsarətimiz olsun. Yaxşıya yaxşı deyək ki, həvəslənib daha əzmlə çalışsın. Mənəsə haqqında danışdığım xəstəxananın əməkdaşlarına təşəkkür etmək borcu düşür. Böyük məmmuniyyətlə onlara “SAĞ OLUN” deyirəm.

Şərafəddin İlkin,

Şair-publisist, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü.

Share: