Dünyanın müxtəlif ölkələrində restoranların fəaliyyətinin qiymətləndirilməsi ilə tanınan “Mişlen” bələdçisi ən yaxşı hotellərin “Clef Michelin” (“Mişlen açarı”) adlı reytinqini yaradacaq.
Bu barədə bələdçinin saytındakı məlumatda deyilir.
Restoranlarda olduğu kimi, bələdçi hər il ən yaxşı hotelləri elan etmək üçün mərasim keçirəcək. Hotellərə bələdçinin restoranlara verdiyi ulduzlara bənzər “açarlar” veriləcək.
İlk reytinqin 2024-cü ilin birinci yarısında dərc olunması planlaşdırılır.
Mənbə: TASS