Reyçel Avraam: “Səfirliyin açılması Azərbaycan və İsrail arasında əməkdaşlığı gücləndirəcək”

Reyçel Avraam: “Səfirliyin açılması Azərbaycan və İsrail arasında əməkdaşlığı gücləndirəcək”

“Səfirliyin açılması Azərbaycan və İsrail arasında əməkdaşlığı daha da gücləndirəcək”.

Bunu “Report”a açıqlamasında İsraildə fəaliyyət göstərən İqtisadiyyat dünyası mərkəzinin redaktoru, politoloq Reyçel Avraam bildirib.

Onun sözlərinə görə, Azərbaycanın Təl-Əvivdə səfirliyinin açılması böyük uğurdur: “Azərbaycan İsrailin əsas müttəfiqlərindən biridir. Üstəlik, o, İsrailin neftə olan tələbatının 40%-ni təmin edir”.

O, həmçinin qeyd edib ki, Azərbaycan və İsrail İran təhlükəsinə qarşı müqavimət göstərmək məqsədilə əməkdaşlıq edirlər.

Xatırladaq ki, martın 29-da Təl-Əvivdə Azərbaycanın İsraildəki səfirliyinin açılış mərasimi olub. Tədbirdə Azərbaycan və İsrailin xarici işlər nazirləri – Ceyhun Bayramov və Eli Kohen, həmçinin hər iki ölkənin deputatları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Share: