Rihanna yeni geyim kolleksiyası təqdim edəcək – FOTO

Rihanna yeni geyim kolleksiyası təqdim edəcək – FOTO

Müğənni Rihanna Almaniyanın idman geyim markası “Puma” ilə əməkdaşlıq edəcək.

O, hələ 2014-cü ildə brend ilə qadın geyim xəttinin kreativ direktoru kimi işləməyə başlayıb. Onların ortaq məhsulu olan “Puma Creepers” idman ayaqqabısı vaxtilə cəmi üç saat ərzində satılıb. Lakin 2018-ci ilin yazında Rihanna ilə “Puma” arasında əməkdaşlıq sona çatıb.

İndi marka ilə müğənni yenidən birdə çalışmaq qərarına gəliblər

Qeyd edək ki, Rihanna əvvəllər “Armani”, “Adidas”, “River Island”, “Manolo Blahnik” və “Dior” kimi brendlərlə işləyib.

Mənbə: gazeta.ru

Share: