“Rik və Morti”nin premyera tarixi açıqlandı

“Rik və Morti”nin premyera tarixi açıqlandı

Məşhur “Rik və Morti” animasiya filminin 7-ci mövsümünün premyera tarixi bəlli olub.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, sevilən “Rik və Morti” cizgi serialı oktyabrın 15-dən etibarən yeddinci mövsümünün ilk bölümü ilə öz pərəstişkarlarını sevindirəcək.

Ekran əsərinin yaradıcılarının məlumatına görə, layihənin bütün komandasının istedadı sayəsində növbəti 10 yeni maraqlı bölüm izləyicilərin ixtiyarına veriləcək.

Qeyd edək ki, elmi-fantastik komediya olan “Rik və Morti” nəvəsini kainatda inanılmaz dərəcədə təhlükəli macəralara aparan sosiopat dahi alimdən bəhs edir.

Share: