Böyük Britaniyanın keçmiş maliyyə naziri Rişi Sunak Mühafizəkarlar Partiyasının rəhbəri və Böyük Britaniyanın Baş naziri postuna namizədliyini rəsmən açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə o, tviter səhifəsində yazıb.
“Birləşmiş Krallıq gözəl ölkədir, lakin biz dərin iqtisadi böhranla üz-üzəyik. Buna görə də mən Mühafizəkarlar Partiyasının lideri və sizin növbəti Baş nazir olacağam. Mən iqtisadi vəziyyətimizi düzəltmək, partiyamızı birləşdirmək və ölkəmizə kömək etmək istəyirəm”, – deyə Sunak qeyd edib.